Sevilən aktyor Erkan Petekkaya “Seriallarda öpüşmərəm, sevişmirəm” qaydasını yeni çəkildiyi serialda pozub.
Xatırladaq ki, Erkan Petekkaya "Serialda öpüşmə-sevişmə səhnələrinin əleyhinəyəm. Anadolunun bir kəndində bütün ailə üzvləri birlikdə serial izləyir. Filmdə biri öpüşməyə başlayır. Oralarda belə şeylər çox ayıbdır. Mən bu kimi halları düşünəndə narahat oluram", - demişdi.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyunda tətilə çıxan serialın reytinqini qaldırmaq üçün Gülseren (Nurgül Yeşilçay) ilə Cahanın (Erkan Petekkaya) öpüşmə səhnəsi yazılıb.
Petekkaya bir müddət müqavimət göstərib bu səhnəyə çəkilməyə razı olmasa da, prodüserlərin "Etik qaydaları çox pozmadan bir-birinizə olan sevginizi göstərmək lazımdır" sözləri ilə razılaşıb.