3 Aprel 2015 01:42
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba tətilindən sonra ilk dəfə obyektiv arşısına keçən Tarkan uzun sürən səssizliyi pozdu.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, Tarkan ölkəni tərk edəcəyi iddialarına cavab verib.

Türkiyəni tərk edəcəyi barədə xəbərlərin onu üzdüyünü ifadə edən Tarkan "Belə xəbərləri qəzetlərdən oxuyanda çox kədərlənirəm. Ölkəmi çox sevirəm. Necə bu ölkədən vaz keçə bilərəm ki? Tez-tez xaricə getmək xoşuma gəlir. Məşhur olmağın da yaratdığı çətinliklər var. Mən də Türkiyədə sizin kimi küçədə getmək istəyirəm. Həqiqətən küçədə könül rahatlığı ilə getmək üçün çox darıxdım. Ona görə də yurd xaricinə çıxıram tez-tez. Harada daha azad gəzə bilirəmsə, oraya gedirəm. Mənim onsuz da bir ayağım xaricdədir. Lakin Almaniya və ya başqa yerə yerləşəcəyim barədə xəbərlər düz deyil" deyib.

Nihad


Müəllif: