Bu gün müğənni İradə İbrahimovanın ad günüdür.
Teleqraf.com xəbər verir ki, 35 yaşı tamam olan sənətçi hazırda İstanbuldadır. İ.İbrahimova bu günü ailəsi ilə keçirəcəyini bildirib:
“Doğum günüm bu axşam ailə içində qeyd olunacaq. Növbəti gün yaxın dotlarla bir araya gəlməyi düşünürük. Uşaqkən böyüməyə tələsirik. Yaş artıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır, deyə düşünürük. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası geriyə boylananda peşman olmadan irəliyə doğru addımlaya bilməyimizdir. Ad günümdə təmtəraqdan uzaq durmağa çalışmışam. Sakit gün keçirmək istəmişəm. Nə qədər dostlarım, ailəm desə də, inadımdan dönməmişəm. Lakin bu yaşımda bir az fərqli düşünürəm. Ətrafımda çoxlu insanlar olsun və sevincimi onlarla bölüşüm. 35 yaşımda elə bir dəyərli hədiyyə almışam ki... Yaxın zamanlarda açıqlayacam. Ona görə də bu, həyatımda unudulmayan rəqəm olacaq”.
Rüstəm