Rəqqasə Fatimə Fətəliyeva paytaxtın elit məkanlarından birində özünə təmtəraqlı doğum günü qeyd edib.
Publika.az xəbər verir ki, hər zaman şou nümayəndələri ilə mehriban olan rəqqasə, demək olar bütün şou əhlini doğum günü şənliyinə dəvət edib.
Mərasimin aparıcısı Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov idi.
Ad gününü media nümayəndələri üçün də açıq edən səbəbkar, hər kəsə doğum günündə özü sürpriz etdi.
“Həmişə xına mərasimlərində məndən mahnı oxumağımı xahiş edirlər. Mən də bu istəkləri nəzərə alaraq bir mahnı lentə aldırmışam. Amma bəri başdan deyim ki, mənim müğənni olmaq fikrim yoxdur”.
Diqqətçəkən məqamlardan biri də mərasimin sonunda qonaqlara təqdim olunan lələkli tort oldu.
Rəqqasəni təbrik etməyə gələnlər arasında xalq artisti Nazpəri Dostəliyeva, müğənnilər Sevinc Ağaşirinova, Günay İbrahimli, Roza Zərgərli, Samirə Allahverdi, Xatirə İslam, Emil Bədəlov, prodüserlər Təranə Səmədova, Tamilla Hüseynəliyeva, Humay Muxtarova, teleaparıcılar Zemfira Adıgözəlova, Nanə Ağamalıyeva və başqaları olub.
Rəqqasə Fatimə Fətəliyevanın doğum günündən fotoları təqdim edirik.
İsa Şükürov
Fotoqraf Rəşad Abbasov