4 Aprel 2015 19:50
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Yığıncağının deputatları həddən artıq maniken qadınların modellik etməsini qadağan edən qanunu qəbul edib.

Teleqraf.com Cihana-a istinadən xəbər verir ki, müvafiq dəyişiklik anoreksiya ilə mübarizə üzrə səhiyyə haqqında qanun layihəsinə baxılması çərçivəsində edilib.

Səhiyyə Naziri Marisol Touraine də qanuna dəstək verərkən, həddindən artıq zəif manikenlərin podium çıxmasının narahatlıq verici olduğunu dilə gətirib.

Beləliklə, Fransada bədəninin kütlə indeksi müəyyən edilmiş parametlərdən aşağı olan modellərin işə cəlb edilməsi qadağan edilir.

Bu qaydanı pozanlar 6 ay həbs cəzasına məhkum ediləcək və ya 75 min avro cərimələnəcəklər.

Rüstəm


Müəllif: