Əməkdar artist Elza Seyidcahan qeyri-adi imicini şərh edib. O, qeyri-adiliyi adilik ilə əvəzləməyə ixtiyarının olmadığını bildirib.
“Mənim dəyişməyə ixtiyarım yoxdur. İstəyirsiz ki, aktyorlar məni çarmıxa çəksinlər? Mən dəyişsəm, onlar nə göstərəcək onda? Hansı sayta, “YouTube”da baxıram, hər yerdə insanlar “Elza xəstəliyi”nə tutulub”.
Müğənni həmçinin bir tay sırğa taxmasının da səbəbini açıqlayıb.
“Brilyant sırğamın bir tayı Nisə Qasımovadadır. Bunun da səbəbi var. Nisə xanım televiziyaya müsahibəsində məni tərifləmişdi. Görüşəndə sırğamın bir tayını ona verdim. İnsanları ruhən bir-birinə bağlayan şeylər olur. Dedim qoy bu sırğanın bir tayı sizdə olsun, bir tayı da məndə. Düzdür, hələ ki, o sırğanı Nisə xanımın qulağında görmürəm. Amma istəyirəm ki, o hədiyyə etdiyim sırğanı taxsın”./publika.az/