6 Aprel 2015 11:26
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğlalı rejissor Yüksəl Akının bir ay əvvəl fəaliyyətə başlayan Kino Emalatxanasının bu həftəki qonağı aktyor Nejat İşlər olub. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksəl Akın hər həftə emalatxanasına bir məşhuru dəvət edir. Məşhurlar emalatxanaya tələbələrlə təcrübələrini bölüşmək üçün gəlirlər.

Kino emalatxanasının bu həftəki qonağı uzun müddətdir ki, ağır xəstəlik keçirən və müalicə alan kino, serial və teatr aktyoru Nejat İşlər və “Behzat Ç” serialının ssenari müəllifi Məmməd Əmir Fəzilət olub. Onlar tələbələrlə görüşdə öz təcrübələrini bölüşüblər.

Bu görüşdə Nejat İşlər milyardlar qazandığını, amma qədrini bilmədiyini deyib: "Hazırda işləmirəm, yaşayıram. Bəli, milyardlar qazandım, amma onları görmədim. Həyatı çox sevdim, onu istədiyim kimi yaşadım. Qazandığım pullar, bəlkə də, başqalarına getdi, pula o qədər də məhəl qoymuram. Həyatı sevdiyim üçün yaşadığım bütün çətinliklərə baxmayaraq, həyatda qalmağa davam edəcəyəm. İndi kənddə yaşayıram. Mən İstanbulda böyüdüyüm üçün uşaqlıqda kənddə yaşamağı arzulamışam. İndi bir kənddə sakit həyat yaşayıram.

Ustam Müşfiq Kəntər mənə dedi: "İnsanları sev. Kim olursa olsun, insanları sev. Çünki sən çox pis bir oğlan rolunu belə oynasan, onu sevmək məcburiyyətindəsən. Rolu yaxşı oynamaq, tamaşaçını inandırmaq üçün o adamın haqlı olduğunu düşünməlisən. Mən buna görə də istənilən obrazı sevə-sevə oynayıram. Sevə-sevə oynadığım zaman o adamın damarlarına girirəm, başına girirəm, qəlbinə girirəm, hər yerinə girirəm və onu sevmək məcburiyyətindəyəm".

Qeyd edək ki, təxminən 100 tələbəsi olan Kino Emalatxanasına Muğladan başqa İzmirdən də tələbələr gəlib.


Müəllif:

Oxşar xəbərlər