Dövrünün ən məşhur boks ulduzlarından olan Mayk Taysonun malikanəsi xarabalığa çevrilib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf Conni Co yeni sahibləri tərəfindən kilsəyə çeviriləcək malikanəni görüntüləyib.
Malikanə 1980-ci illərdə Ted Vannelli tərəfindən inşa etdirilib. Ancaq Vannelli maliyyə böhranı səbəbindən hər şeyini və əlbəttə, bu malikanəni də satıb.
1989-cu ildə isə «dəmir Mayk» 300 min dollar ödəyərək malikanəni alıb.
Ancaq bu malikanəyə köçəndən qısa bir müddət sonra Taysonun karyerasında və maliyyə vəziyyətində düşüş başlayıb.
O, 1990-cı ildə ABŞ gözəllik kraliçasına təcavüz etməkdə günahlandırılıb. Baş verən hadisələrdən sonra heç cür maliyyə vəziyyətini yaxşılaşdıra bilməyib.
Sonda da Mayk malikanəsini satmaq məcburiyyətində qalıb.
Hər iki sahibinin başına gələnlər səbəbindən lənətləndiyi güman edilən malikanənin kilsə ediləcəyi deyilib.
Teleqraf.com malikanənin fotolarını təqdim edir:
Rüstəm