FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Azərbaycan yığması 264 xalla 115-ci pilləyə yüksəlib. Millimiz son oyundan sonra 24 pillə irəliyə bilib. Buna AÇ-2016-nın Malta ilə seçmə oyunundakı qələbə səbəb olub. 2:0 hesabı ilə qalib gələn millimiz qazandığı 66 xalla irəliləyib. 24 pilləlik sıçrayış isə millimizin tarixində ən böyük addımdır.
Millimiz və “qonşuları”
113 (113). Namibiya - 279
114 (116). Kanada - 277
115 (139). AZƏRBAYCAN – 264
116 (119). Sent-Vinsent və Qrenadin - 262
117 (118). Keniya - 258
İlk “onluq”da da xeyli dəyişiklik qeydə alınıb. Fransa və İtaliya ən yaxşı 10 komanda sırasını tərk edib. Onların yerinə isə İsveçrə və İspaniya yüksəlib. Sonuncular 1, isveçrəlilərsə 3 pilləlik irəliləyişlə buna nail olub. Bundan başqa, Belçika 3-cü yeri Kolumbiyanın “əlindən alıb”. Braziliya isə Hollandiyanı 5-ci sıradan kənarlaşdırıb.
Türkiyə yığması hesabında olan 603 xalla 4 pillə irəliləyərək, 52-ci yerə yüksəlib.
Rusiya millisi isə 781 xalla 32-ci pillədə qərarlaşıb.
“İlk onluq”
1 (1). Almaniya – 1687
2 (2). Argentina – 1490
3 (4). Belçika – 1457
4 (3). Kolumbiya – 1412
5 (6). Braziliya – 1354
6 (5). Hollandiya – 1301
7 (7). Portuqaliya – 1221
8 (9). Uruqvay – 1176
9 (12). İsveçrə – 1135
10 (11). İspaniya – 1132
AÇ-2016-dakı rəqiblərimiz
13 (10). İtaliya – 1085
17 (19). Xorvatiya – 977
67 (71). Bolqarıstan – 505
70 (70). Norveç – 491
149 (145). Malta – 158