20 May 2014 10:12
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Arif müğənniliyə başlayır.Gecce.az xəbər verir ki, məşhur teleaparıcı Murad Arif bu gün qonağı olduğu “Günəbaxan” verlişində xeyli çəki atması ilə diqqətləri üzərinə çəkib. Aparıcının açıqlamasına görə, onun çəksi 115 kiloqramdan 90-a enib. Murad Arif çəki atmaqda bu qədər israrlı olmasının əsl səbəbini açıqlayıb:

“Efir insanı ilk öncə kadra yerləşməlidir. Arıqlamaqda məqsədlərimdən biri isə, elə musiqilər var ki, onu yalnız öz ifamda görürəm. Həmin mahnını oxuya biləcək müğənni görmədiyimdən, özüm bu addımı atmaq istəyirəm. Stadionlarda bu vaxta kimi aparıcılıq etmişəm, artıq müğənni kimi o stadionları doldurmaq istəyirəm”.

Qeyd edək ki, Murad Arif son zamanlar idmanla çox sıx şəkildə məşğul olur.


Müəllif: