10 Aprel 2015 17:25
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Əli Mirəliyev bundan sonra emosional olmayacaq. Hazırda Rəqsanə tərəfindən məhkəməyə verilən Mirəliyev “Günaydın” verilişində sakit danışığı və davranışı ilə fərqlənib.

“Çalışıram özümü ifam kimi mədəni aparım. Çoxu deyir ki, Əli ağzına gələni danışır. Hər dəfə düşünürəm ki, mən, bəlkə, yenidən doğulmuşam. 4 il sakit oturmuşdum, öz mahnılarımı oxuyurdum. Artıq 4 ildir susmuram. Axı Siz niyə özünüzü bu kökə saldınız ki, mən də danışmalı oldum. Onda da deyirsiniz ki, mədəniyyətsizdir. Mən susmaya bilmərəm. İfa edə bilməyənlər başqası deyil. Onlar bizim şou-biznes nümayəndələrimiz, qardaşlarımızdır. Camaatla mənim nə işim?! Mənim işim oxuya bilməyənlərlədir”.

Müğənni həmçinin onu oxuya bilməməkdə ittiham edənlərin də cavabını verib.

“Mənə deyirlər sən oxuya bilmirsən. Mən ifa edə bilməsəydim, hələ sovet dövründə 12 nəfər komissiyanın qarşısından keçib, yeganə kanalda solist ola bilməzdim. Heç vaxt mənə deməyiblər sən yaxşı oxuyursan. Deyirdilər ki, dilin çox uzundur, qısalt onu. Amma həmin adamlar öz toylarında məni oxutdurublar. Qəribədir...”


Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-da teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır./publika.az/


Müəllif:

Oxşar xəbərlər