10 Aprel 2015 18:21
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli bu gün magistr ali dərəcəsini müvəffəqiyyətlə bitirib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:


“Uzun, ağır çalışmalardan sonra, istədiyim maksimum nəticəni əldə edə bildim. Magistr təhsilimi də başa vurdum. Şükür olsun Allaha ki, əziyyətim yerdə qalmadı. 100 bal topladım”.

Qeyd edək ki, müğənni musiqi üzrə ilk təhsilini Rusiyada alıb. Tümen Musiqi Məktəbində akkordion musiqi aləti üzrə 5 il təhsil aldıqdan sonra Gəncə şəhərindəki Qəmbər Hüseynli adına musiqi texnikumunun fortepiano sinfinə daxil olub. Sonra Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetində hüquq üzrə, ölkəmizdə isə Musiqi Akademiyasında vokal ixtisası üzrə, Mədəniyyət və İncəsənət Universitetində isə rejissorluq ixtisası üzrə ali təhsil alan müğənni 2012-ci ildə həmin Universitetinin magistraturasına daxil olub. Rejissorluq fakültəsində qiyabi təhsil alan müğənni artıq magistr dərəcəsi qazanıb.


Müəllif: