Xalq artisti Arif Quliyev sənət yolundan danışaraq, keçmişdə bəzi həmkarlarının qərəzli tənqidi ilə qarşılaşdığını deyib.
Publika.az-a danışan aktyor indi həmin aktyorların bu hərəkətinə görə xəcalət çəkdiyini bildirib: ”Hələ mən cavan idim, səhnəyə çıxıb insanları güldürdükdən sonra ünvanıma qərəzli tənqidlər səslənirdi. Məni sındırmaq istəyirdilər. Məni yandıran bu idi ki, haqsız tənqidləri ünvanıma söyləyən də elə öz həmkarlarım idi. Onda mən məşhur deyildim, amma onlar artıq tanınmış xalq artistləri idi. Məqsəd məni insanların gözündən salmaq idi. Çünki gənc idim və sevənlərimin sayı həddən artıq çox idi. Onlar isə uğurlarımı həzm edə bilmirdilər. Amma mən ruhdan düşmədim və onların sözünə əhəmiyyət vermədən, sənətimdə irəlilədim. İndi həmin adamlar məni görəndə iki əllə salam verir”.