Böyük bədən ölçülü modellərdən olan Laura Uels dəb dünyasının səhnə arxasından danışıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cazibədar model “Avustralian Womens Weekly”ye verdiyi müsahibəsində podiuma çıxan manikenlərin yaşadığı çətinlikləri dilə gətirib.
O, “Agentliklər dəfilə öncəsi modellərin yalnız bir stəkan su və bir tək kraker yeməsinə icazə verir. Başqa hər hansı bir yemək yeyilmir” deyib.
Qeyd edək ki, avtraliyalı modelin boyu 1,74 m, çəkisi 84 kilo olan Laura Uelsin bədən ölçüsü 42-dir.
Teleqraf.com modelin fotolarını təqdim edir:
Rüstəm