20 May 2014 11:55
1 673
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Eurovision” təmsilçimiz Dilarə Kazımova doğum gününü xarici ölkədə qeyd edir”.

Bunu Teleqraf.com-a açıqlamasında Dilarə Kazımovanın mətbuat əlaqələndiricisi Nərminə Məmmədova deyib. Onun sözlərinə görə Dilarə Azərbaycanda may ayının 25-dən sonra qayıdacaq: “O hazırda məzuniyyətdədir. Son olaraq Kirpdə idi”.

Qeyd edək ki, Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. O ilk dəfə 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olub. “Unformal” qrupunun tərkibində milli seçimlərin final mərhələsini ikinci yerdə başa vurub. İkinci dəfə 2010-cu ildə Avroviziya seçim turlarına qatılıb. Bu dəfə Milk and Kisses qrupunun solisti kimi seçim turunda iştirak edib və yenə də qalib ola bilməyib. Elə həmin il Dilarə Latviyanın Yurmala şəhərində keçirilən “Yeni Dalğa 2010” müsabiqəsinin laureatı olub.

Dilarə 2014-cü ildə də Azərbaycanı təmsil etmək üçün Avroviziya seçim turlarında iştirak edib. O, milli seçim turu olan Böyük Səhnə layihəsinin qalibi olub və Azərbaycanı Avroviziyada təmsil etmək hüququ qazanıb. Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında “Start a Fire” mahnısını ifa edib. Finala vəsiqə qazanan Dilarə yekun nəticədə 22-ci yerdə qərarlaşıb. Avropa Yayım Birliyinin açıqladığı nəticələrə əsasən isə 37 ölkənin peşəkar münsifləri Azərbaycan təmsilçisini çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüblər.

Nərmin


Müəllif: