Amerikalı rejissor Stiven Spilberq karyerasında ilk dəfə Disney üçün film çəkəcək.
Teleqraf.com xəbər verir ki, kinostudiya “The BFG” adlı filminin maliyyəsində və istehsalında iştirak edəcək. Yazıçı Roald Dahlın eyniadlı kitabı əsasında çəkilən "The BFG" filminin çəkilişləri yay aylarında başlayacaq.
Bu barədə açıqlama verən Spilberq həyəcanını gizlətməyib:"40 illik kino karyeramda Disney filmlərində dəfələrlə prodüser olaraq işləmişəm, amma rejissor olaraq heç vaxt onlarla işləməmişdim. Bu baxımdan "The BFG" mənim üçün xüsusi layihə olacaq. İşlərə, böyük həyəcan və gizlədə bilməyəcəyim bir sevinclə başlayıram".
Qeyd edək ki, "The BFG" (Big Friendly Giant) daha əvvəl 1989-cu ildə cizgi filmi kimi çəkilib. Uşaq kitabı olan "The BFG" divlər ölkəsinə səyahət edən Sofi adlı gənc qızın macəralarından bəhs edir.
Rüstəm