ABBA qrupunun keçmiş üzvü, isveçli Byorn Ulveus Stokholmda məşhur Brodvey myuziklı “Mamma mia!”nın motivləri üzrə əyləncə mərkəzi açmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, Byorn zahirən yunan meyxanasına (taverna) bənzəyən restoran açacaq və bu məkan yalnız qida ilə məhdudlaşmayacaq. Əsl aktyor kimi Byorn Ulveus hər şeydən tamaşa təşkil etməyi planlaşdırır. Burada musiqiçilər daim ofisiant və ziyarətçilərlə qarşılıqlı ünsiyyətdə olacaqlar. Nicos Taverna adlı restoran gələn ilin yanvar ayında "Qryona Lundd" əyləncə parkında açılacaq.
Rüstəm