18 Aprel 2015 10:22
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

11-14 may 2015-ci il tarixlərində Fairmont Baku, Flame Towers otelində ilk rəsmi Azərbaycan Moda Həftəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, dörd gün ərzində Azərbaycan və beynəlxalq moda sənayesi istedadlarının adları ilə müxtəlif nümayişlər, təqdimatlar, sərgilər və tədbirlər keçiriləcək. Moda həftəsinin əsas hədəfi Azərbaycanda böyüyən moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün uyğun şərtlərin yaradılmasıdır. Yeri dizaynerlərlə bərabər, burada Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, eləcə də Fransa və İtaliya kimi xarici ölkələrdən dizaynerlər iştirak edəcək.

Tədbirdə xarici moda sənayesi ekspertləri, o cümlədən, ən böyük pərakəndə moda şəbəkələrinin və mağazalarının bayerləri, yerli və xarici jurnalların, PR agentliklərinin təmsilçiləri iştirak edəcək.

Dəfilə və nümayişlər Fairmont Baku otelinin bal zalında keçiriləcək. Beşulduzlu otelin biznes mərkəzinin ikinci mərtəbəsində Pop Up mağazalar və salonlar, eləcə də dizaynerlərin sərgi zalları fəaliyyət göstərəcək. Moda həftəsi çərçivəsində fotoqraf və jurnalistlər üçün xüsusi master-klass və treninqlər keçiriləcək. Eləcə də IMAX Park Cinema kinoteatrında Dior moda evi barədə sənədli film nümayiş olunacaq.

Rüstəm


Müəllif: