21 Aprel 2015 13:38
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arnold Şvartseneggerin oğlu Patrik və məşhur müğənni Maylı Sayrus ayrılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçının yaxın dostlarından biri onların artıq tamamilə ayrıldıqlarını bildirib.

"Bu münasibətdə olan hər hansı fasilə deyil. Bu sondur. Onlar sadəcə çox fərqlidirlər. Patrik kollecə, Mayli isə musiqiyə daha çox vaxt ayırır"

Mayli Sayrus və Patrikin "Instagram" hesablarında paylaşdıqları şəkillərdən ayrılığın onlara çox da təsir etmədiyini görmək olar.

Qeyd edək ki, bir müddət əvvəl Arnold Şvartsnegger oğlu Patrikə Mayli Sayrusdan ayrılmayacağı təqdirdə onu varislikdən çıxardacağını bildirmişdi.

Teleqraf.com Mayli və Patrikin son paylaşdıqları fotoları təqdim edir:

Rüstəm


Müəllif: