22 Aprel 2015 12:06
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı milyarder Roman Abramoviç və həyat yoldaşı Darya Jukova bir neçə aydan sonra 3-cü övladları olacaq.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Darya Jukovanın hamiləliyinin üçüncü ayında olduğu deyilir.

Xatırladaq ki, cütlüyün rəsmi şəkildə evli olduqları bu ilin əvvələrində üzə çıxmışdı. Onların 6 yaşlı Aron adlı oğlu, 2 yaşlı Leya adlı qızı var.

Qeyd edək ki, Abramoviçin əvvəlki həyat yoldaşı İrinadan isə 5 uşağı dünyaya gəlib.

Rüstəm


Müəllif: