21 May 2014 00:07
1 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Beyonsun bacısı Solanjla araları hələ də soyuqdur.

Teleqraf.com xəbər verir ki, Kostyum İnstitutunun keçirdiyi tədbirdən sonra otelin liftində Beyonsun həyat yoldaşı Cey Z ilə dalaşan Solanjın videosu da yayılmışdı.

Solanj bu dəfə bacısı ilə İnstagram sosial şəbəkəsindəki hesabındaki fotoşəkilləri silib.

Beyons isə tamamilə tərsinə hərəkət edib. O bacısı ilə birgə fotosunu paylaşıb.

Fotoşəkillər sırasında Beyonsun müğənni Rihanna ilə çəkilmiş bir fotoşəkili də var.

“Daily Mail” qəzetinin yazdığına görə, Beyonsun əri ilə bacısı arasındakı gərginliyə Rihanna səbəb olub. Nyu-Yorkun Kostyum İnstitutunun keçirdiyi tədbirə qatılan Beyons bacısı Solanj və əri Cey Z birlikdə liftə minib. Bacısı qəflətən Cey Z-yə təpik atmağa başlayıb. Beyons isə bu dava ilə bağlı mətbuatda susqunluğu ilə diqqət çəkib.

Kəmalə


Müəllif: