Məşhur rok ulduzu 71 yaşlı Harri Qlitterin 10 il əvvəl təcavüz etdiyi vyetnamlı qızlar danışıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə azyaşlı uşağa təcavüz etdiyinə görə Harrini 16 il həbs cəzasına məhkum edib.
“Daily Mail” qəzetinə açıqlamasında 21 yaşlı N.C ilk dəfə 11 yaşında təcavüzə məruz qaldığını deyib. Harri azyaşlı qızı dəniz sahilindəki evinə aparıb. Burada N.C ilə böyüklərin uşaqlara təcavüz etdiyi filmlərə baxıb. Daha sonra qıza təcavüz edərək ona 9 funt sterlinq (təxminən 14 manat) verib.
Qlitter N.C-nin rəfiqəsi D.A-ya da təcavüz edib.
Qlitter 2002-ci ildə uşaq təcavüzü ittihamlarından sonra Kambocadan qovulub. 2006-cı ilin martında isə Vyetnamda azyaşlı uşaqlara təcavüz etdiyinə görə həbs olunan Qlitter 2008-ci ildə İngiltərə polisinə təslim edilib. 2015-ci ilin fevral ayının 27-də məhkəmənin qərarı ilə 16 il həbs cəzasına məhkum edilib.
Rüstəm