23 Aprel 2015 15:29
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə məhşur “Çanaqqala” türküsünü fa edib.

Teleqraf.com xəbər verir ki, sözügedən musiqi Brilliant xanımın dünya şöhrətli balaban ustası Əlixan Səmədovla birgə hazırladığı alboma daxil ediləcək. Albomun digər musiqilərini ictimailəşdirməyən xalq artisti bu musiqini sosial şəbəkələrdəki rəsmi səhifələrində zəfərin 100 illiyi şərəfinə paylaşıb. Bu musiqi alboma daxil olacaq yeganə türk musiqisidir. Müğənni ifada Azərbaycan dəsti- xəttini əks etdirmək üçün milli muğamlarımızdan da istifadə edib.

Qeyd edək ki, albomda həmçinin Fikrət Əmirov, Rauf Hacıyev, Emin Sabitoğlu, Ələkbər Tağıyev, Ramiz Mirişli və s. bəstəkarlarımızın bəstələri yer alacaq.

Pərvin


Müəllif:

Oxşar xəbərlər