Estee Lauder brendi müxtəlif yaşlı qadınlar üçün qulluq vasitələrindən ibarət yeni kolleksiya buraxır.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, kolleksiyanın siması Yeva Mendes olacaq. New Dimension Shape + Fill Expert Serum və New Dimension Expert Liquid Tape serumları Amerikada artıq mayda, bütün dünyada isə sentyabr ayından satışa çıxarılacaq. Onların tərkibinə dərinin regenerasiyasına cavab verən fibronektin, hamının tanıdığı qialuron turşusu, eləcə də kollaqen kompleks daxildir. İnqrediyentlərin belə dəsti vasitələri universal edir: onları 45 yaşlı qadınlarla bərabər 25 yaşlı qadınlar da istifadə bilər.
"Bu məhsullar bütün yaşlı qadınlar üçündür. Bu yaşlanmaya qarşı kolleksiya deyil", - deyə Ceyn Xertsmarq Hudis deyir.
Yeniliklərin qiymətləri 40 dollardan başlayır.
Rüstəm