28 Aprel 2015 15:44
1 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Qalatasaray” klubunun futbolçu Uesli Sneyderin xanımı Yolante Kabau 3 aylıq hamilədir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa və model olan Yolante son müsahibəsində Türkiyə haqqında danışıb.

"Türklərin vərdişlərini artıq mənə də keçib. Nəzər dəyməsin deyə, bəzən qulağımı çəkirəm".

- Türkiyədəki ilk aktyorluq sınağınız necə keçdi?
- Çox gözəl keçdi. “Polis Akademiyası Alaturka”nın yaradıcı heyəti, rejissoru, prodüserləri çox peşəkar və yaxşı insanlardıar. Aktrisalıq mənim peşəmdir və şadam ki, bunu Türkiyədə həyata keçirə bildim”.

- Həyat yoldaşınız aktrisalıq etmənizə nə deyir?
- Həyat yoldaşım aktyorluğu bəyənir və bu məsələdə mənimlə qürur duyur. Daha əvvəllərdə Amerikada, Hollandiyada və İtaliyada bir çox serial və film çəkilmişəm. Türkiyədə filmə çəkilməyimə çox sevindi.

- Öpüşmə səhnəsi olsa qəbul edərdiniz?
- Böyük ehtimalla qəbul edərdim.

- Ən bəyəndiyiniz Türk aktyor kimdir?
- Kıvanç Tatlıtuğ.

Teleqraf.com Yolante Kabaunun son fotolarını təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər