28 Aprel 2015 17:35
1 973
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki xalq artisti - Nazpəri Dostəliyeva və İlhamə Quliyeva arasında soyuq müharibə davam edir. Nazpəri xanım sussa da, qarşı tərəf susmaq bilmir.


Bu dəfə Quliyeva həmkarının sevgilisinin adını açıqlayıb. Onun sözlərinə görə, məhkəmənin N.Dostəliyevaya kəsdiyi 20 min manat cərimənin 5 minini ödəyib, 15 min manatını isə ödəməyib. İ. Quliyeva həmkarının villa tikdirməsindən danışaraq qarşı tərəfi ölkə başçısına kimi şikayət etməklə hədələyib.

Nazpəri xanım isə bütün olanlara cavab verməyərək yenə də susmağa üstünlük verib.

Publika.az məsələ ilə bağlı Nazpəri xanımın prodüseri Mikayıl Hüseynov ilə əlaqə saxlayıb. O, bütün yazılanlardan xalq artistinin məlumatlı olduğunu bildirərək, Nazpəri xanımın əhvalının çox yaxşı olduğunu da əlavə edib.

“Nazpəri xanım yazılanları oxuyub və ancaq gülüb. Bu yazılanlar ona qeyri-adi gəlmir. Əhvalı çox yaxşıdır. O, bu cür sözlərə gülür”.


Müəllif:

Oxşar xəbərlər