17 Aprel 2014 13:49
1 374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Türkiyədə yaşayan müğənni İradə İbrahimova səyahəti çox sevdiyini etiraf edib.

Sənətçi İstanbulda yaşamağın onun uşaqlıq arzusu olduğunu deyib: "Səyahəti sevməyən yoxdur. Amma bunu hər dəqiqə reallaşdırmaq olmur. İş həyatı və ya büdcə buna imkan vermir. Amma biz sənət adamları bəzən belə imkanlar əldə edirik. Türkiyə mənim ikinci vətənimdir. Etiraf edim ki, çox ölkələri gəzsəm də, İstanbulda yaşamaq çoxdankı arzum olub. Bu da reallaşdı. Bütün ömrüm boyu İstanbulda yaşasam, doymaram. Avropanı, Amerikanı dolaşmışam. Orada həyat tamam başqadır. Həmin ölkələrdə siqnal səsi eşiymək mümkün deyil".

Müğənni eyni zamanda Londonda ev almağı arzuladığını da bildirib: "Londonu çox sevirəm. Orada yaşamağa dəyər. Büdcəmiz imkan verəndə Londondan ev alacam".


Müəllif:

Oxşar xəbərlər