30 Aprel 2015 17:22
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın ictimai televiziyası daha bir sürpriz hazırlayır.


Belə ki, "Eurovision" mahnı müsabiqənin keçiriləcəyi səhnənin üzərində 650 LED şar bərq vuracaq. Təşkilatçılar bu yolla səhnədə möhtəşəm görüntü yaratmaq niyyətindədirlər.

Publika.az xəbər verir ki, yarışın keçiriləcəyi “Wiener Stadthalle” arenası iştirakçıları qəbul etməyə artıq hazırdır. Hazırda ən parlaq dekorasiyaların üzərində iş gedir. Tavandan 650 işıq iodları verəcək sarlar asılır. Məlumatlara görə, xüsusi texnologiya vasitəsilə hərəkətə gələcək həmin şarlar vasitəsi ilə müxtəlif effektlər əldə olunacaq. Bununla da 3D effektli qeyri-adi görüntülər yaratmaq mümkün olacaq. Həmin şarlar vasitəsilə “Eurovision”un loqotipi də canlandırılacaq.

Stadionda aparılan texniki işlərlə bağlı mayın 10-da keçiriləcək yekun baxışdan sonra hazırlığın necə təşkil olunduğu qiymətləndiriləcək. Yekun baxışdan 1 gün sonra isə iştirakçılar ilk məşqlərinə başlayacaqlar.


Xatırladaq ki, “Eurovision” musiqi yarışmasında Azərbaycanı bu il Elnur Hüseynov təmsil edəcək. O, mayın 21-də müsabiqənin ikinci yarımıfinalında səhnəyə çıxaraq “Hour of the wolf” mahnısını ifa edəcək.


Onu da əlavə edək ki, Elnurun “YouTube” videoizləmə portalına yerləşdirilən klipi “Eurovision” klipləri arasında ən çox izlənənlərdəndir. Belə ki, klip artıq 1 milyon 600 min dəfə izlənilib.


Müəllif:

Oxşar xəbərlər