Chloé markasının Eau de Parfum ətirlərinin yeni siması qeyri-adi ədəbi bekqraundlu qız olacaq - məşhur yazıçı Ernest Heminqueyin nəticəsi Dri Heminqueydir.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, xanım Heminqueyin iştirakı ilə reklam kampaniyası jurnalların sentyabr buraxılışının səhifəsində çıxacaq. 2008-ci ildə çıxan ətirin siması olaraq, böyük yazıçının varisi aktrisalar Klemans Poezi, Xloye Sevinyi və top-model Anya Rubiki əvəz edəcək. Əməkdaşlıqdan məmnun olan Dri Heminqueyin sözlərinə görə, onu fransız markasının parfümləri ilə çox şey bağlayır: "Bu brend uzun zaman həyatımın bir hissəsi olub və bir çox xatirələrimdə canlanır. Chloé ilə parfümeriya dünyasında addımlayaraq, öz hekayəmi davam etməkdən çox məmnunam".
Rüstəm