Məşhur yazıçı Den Braunun "Cəhənnəm" əsəri əsasında lentə alınan filmin çəkilişləri davam edir.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, filmdə baş rollarda Tom Henks və Felisiti Cons çəkilir. Ekran işinin rejissoruluğunu isə Ron Hovard həyata keçirir.
"Cəhənnəm"də professor Lenqdonun yeni macəralarından bəhs olunur. Bu dəfə o Venesiyada insanlığı məhv edilmədən xilas etməlidir. Filmin sujeti yazıçı Dante Aleqrinin "Cəhənnəm" əsərinin "Tanrı komediyası" hissəsilə uyğunlaşır.
Filmin ilk nümayişi 2016-cı ilin oktyabrında olacağı gözlənilir.
Teleqraf.com çəkilişdən olan fotoları təqdim edir:
Rüstəm