4 May 2015 16:31
8 956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Başak Sayanın əslən azərbaycanlı olduğu ortaya çıxıb.

Teleqraf.com "Milliyet"ə istinadən xəbər verir ki, məşhur aktrisa 17 iyun 1977-ci ildə dünyaya gəlib. Ata tərəfdən azərbayanlı olan Başak Sayan Ankarada doğulub. Mərmərə Universitetnin iqtisadiyyat fakultəsinin məzunu olan sənətçi hələ orta məktəbdə oxuyarkən teatrla maraqlanmağa başlayıb. Tələbəlik dövründə özəl bir kanalda işləməyə başlayan Sayan ekrana ilk dəfə reklam filmləri ilə çıxıb.

İki il fasilədən sonra yenidən ekranlara çıxan sənətçi eyni zamanda ssenarilər yazmağa başalyıb. Onlarla serialda müxtəlif obrazlar canladıran Sayan hazirda TRT-də yayımlnan "Milat" serialının aktrisalardan biridir.

Ofisi Vaşiqtonda yerləşən Dünya Bankında rəhbər vəzifələrində işləyən iqtisadçı Murad Vardalla ailə həyatı quran Sayan bir müddət orada qaldıqdan sonra birdəfəlik ölkəsinə qayıtdığını deyib.

Ailə həyatının ona çox gözəl təsir etdiyini deyən Sayan əvvəllər çox səbrsiz olduğunu, amma indi tamamilə huzurlu bir insana çevrildiyini vurğulayıb: "Ailə həyatı mənə rahatlıq gətirdi. Huzur, inam və xoşbəxtliyi həyat yoldaşımda tapıram. Subay olarkən hər zaman bir axtarış içində idim. Ancaq indi mənəvi olaraq çox rahatam".

Aysu Murad


Müəllif:

Oxşar xəbərlər