Amerikalı məşhur modellərdən biri olan Kara Delevine yeni fotosessiya etdirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, cazibədar model bu dəfə "Mariya Claire" jurnalının qonağı olub. Dərgi üçün poza verən model özü haqqında da danışıb.
"Hazırda istirahət üçün Meksikada olmaq istərdim. Ən çox sevdiyim yer çarpayımdır. Düşünürəm ki, ən seksual qadın Rihanna və Rita Oradır. İmkanım olsaydı, bir meşənin tən ortasında yaşayardım. Vəhşi bir qızam!"
Teleqraf.com Kara Delevinenin fotolarını təqdim edir:
Rüstəm