Şanlıurfada konsert verən müğənni Mustafa Ceceli pərəstişkarları tərəfindən coşğu ilə qarşılanıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, konsert zamanı təhlükəsizlik tədbirlərini yerinə yetirməyə çalışan xüsusi mühafizəyə əlavə polis qüvvələri də köməyə gəlib. Pərəstişkarlar kütləsinin Ceceliye yaxınlaşmaq istəməsi qarışıqlığa səbəb olub. Nəticədə Mustafa Ceceli konserti yarımçıq qoyaraq səhnədən ayrılıb.
Bir qrup fanat isə səhnəyə daş və su qabları atıb. Polis nümayişçiləri təzyiqli su ilə dağıtmaga çalışıb. Hadisə zamanı iki journalist də yaralanıb.
Polis iğtişaşlarda iştirak edən 11 nəfəri saxlanıyıb.
Rüstəm