7 May 2015 09:10
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuatda Rihannanın Kostyum İnstutunun balında qırmızı xalıda göründüyü sarı geyimi barədə müzakirələr davam edir.

Teleqraf.com xarici mətbuta istinadən xəbər verir ki, Çin mədəniyyətində imperatorlara xas hesab olunan sarı rəngli geyimi çinli dizayner Quo Pey xəz və qızılı saplardan naxışla bəzəyib. Rihanna bildirib ki, geyim əl işidir və onun hazırlanmasına iki il vaxt sərf edilib.

Geyimin dizayneri Quo Peyə gəlincə, o, öz atelyesini 1997-ci ildə açıb, 2008-ci ildə isə Pekində Olimpiya oyunları zamanı isə onun "Əjdaha əfsanəsi" adlı kolleksiyası nümayiş olunmuşdu.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər