13 May 2015 17:33
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəblər Türkiyənin ən gözəl anasını seçiblər.

Publika.az xəbər verir ki, məşhur ərəb jurnalı “Sayidaty” Beynəlxalq Analar Günü münasibətilə “Ən gözəl ana” adlı sorğu keçirib.

Türkiyə istehsalı olan serialları izləyən və türkiyəli ulduzlara heyran olan ərəblər aktrisa Ceyda Düvencinin ən gözəl ana olduğuna qərar veriblər.

Ən gözəl ana siyahısında ikinci yerdə Məryəm Üzərli yer alıb. Onu Nurgül Yeşilçay, Sibel Can və Esra Dermancıoğlu izləyib.


Müəllif: