14 May 2015 11:14
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 13-də Fransada 68-ci Kann Beynəlxalq Kinofestivalı öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, festival fransalı rejissor Emmaniel Berkonun "Başını dik tutaraq" filmi ilə açılıb. Film yeniyetmələrin cinayətlərinə həsr olunub. Festivalın finalında tamaşaçılar Lyuk Jakın "Buz və səma" filmini nümayiş olunacaq.

Bu il festivalın münsiflər heyətinə amerikalı rejissorlar Coel və İtan Koen qardaşları rəhbərlik edəcək. Jürinin üzvləri sırasına aktrisalar Sofi Marso, Sienna Miller, kanadalı rejissor Ksavye Dolan, amerikalı aktyor Ceyk Cillenxol və meksikalı rejissor Qilyerme del Toro daxildir. Kann Beynəlxalq Kinofestivalı mayın 24-də yekunlaşacaq və həmin gün festivalın nəticələri elan olunacaq. Müsabiqə proqramına 19 film daxildir.

Rüstəm


Müəllif: