14 May 2015 13:05
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı cütlüklərindən olan Beyonsla həyat yoldaşı Cey Zi 2,6 milyon dollara yeni malikanə alıblar.

Nyu-Orleanda yerləşən 13.292 kvadrat metrlik malikanənin 22 otağı, 8 hamamı var. 3 mərtəbəli bina 1927-ci ildə inşa edilib.

İspan memarların tikdiyi bina əvvəllər balet məktəbi kimi fəaliyyət göstərib.

Hazırda Beyons Cey Zi cütülüyü binanı təmir etdirir.

Deyilənə görə, tarixi binada yaşayacağı üçün həyəcanlanan və səbirsizlənən Beyons indidən qarderobundakı geyimləri yeni evinə daşıtdırmağa başlayıb.

Publika.az insanı nağıllar aləminə aparan həmin malikanənin fotolarını təqdim edir:


Müəllif: