22 May 2014 15:36
1 563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Ramal Əsədzadə şəxsi həyatı haqqında açıqlama yayıb.

Muğənni Teleqraf.com-a açıqlamasında bildirib ki, son günlər onun adı müğənni Alsu və Almaz Ələsgərova ilə birlikdə hallanır: “Televiziya verilişlərində və mediada son günlər bu haqda məlumat yayılır. Sizin vasitənizlə bildirmək istəyirəm ki, mənim adları çəkilən xanımlarla aramda heç nə yoxdur. Bu sənətçilərə böyük hörmətim var. Alsunu cəmi bir dəfə toy məclisində görmüşəm. Almaz Ələsgərli isə ən yaxın dostlarımdan biridir. Etiraf edirəm, hələ sevgilim yoxdur. Əsl Azərbaycan qadını qarşıma çıxarsa, namuslu, gözəl inşəallah mən o qadınla ailə quraram”.


Müəllif: