17 May 2015 17:34
2 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aktrisa Zümrüd Qasımova aparıcı kimi fəaliyyət göstərsə də, teatrı da unutmur. Aktrisa fəaliyyət göstərdiyi Yuğ Dövlət Teatrında yeni tamaşada oynayıb.

Bu barədə Publika.az-a danışan Zümrüd rolundan məmnun qaldığını bildirib:

“Aparıcı olsam da, mən səhnəni heç vaxt unutmuram. Çalışdığım Yuğ Teatrında yeni bir tamaşanın məşqlərinə başlamışıq. Günay Səttarın rejissorluğu ilə hazırlanan tamaşada mənə baş rolu həvalə ediblər. Türkiyəli yazıçı Turqay Narın eyni adlı əsəri əsasında səhnələşdirilən tamaşa “Zibillik” adlanır. Tamaşada üç nəfər aktyor iştirak edəcək. Siz burada “Yuğ”un səhnə poetikasına uğyun bir tamaşa görəcəksiniz. Tamaşa mayın sonu, iyunun əvvəli təqdim olunacaq”.


Müəllif:

Oxşar xəbərlər