17 May 2015 19:51
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov sevgisiz yaşaya bilmədiyini etiraf edib:

ATV telekanalına müsahibə verən ifaçı sevgisiz yaşamağın onun üçün çətin olduğunu söyləyib: "3-5 ay sevgisiz qala bilərəm. Amma sonra yenidən sevgilim olur. Bunun günahı məndə deyil. Qarşılıqlı nəsə olur. Bundan sonra çalışıram ki, sevgimiz tükənməsin, ömrü uzun olur”.

Müğənni həmçinin ayrıldığı sevgililəri 3 aya unutduğunu da bildirib.

“Ayrıldığım qadına yenidən qayıtmağı xoşlamıram. Bu, mənim xasiyyətimdə yoxdur. Bir az dözürəm. Sonra elə unuduram ki, elə bil həyatımda belə adam olmayıb. 3 ay əziyyət çəkirəm. Hazırda isə həyatımda boşluqdur”.


Müəllif:

Oxşar xəbərlər