22 May 2014 17:17
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Yaşar Cəlilov Azərbaycandan kənarda özünə biznes qurur.

Teleqraf.com-un məlumatına görə, söhbət gənc müğənni Yaşar Cəlilovdan gedir. Hazırda Gürcüstanın Batumi şəhərində olan ifaçı quracağı biznesi ilə bağlı danışmaq istəməyib.

“Yalnız onu deyə bilərəm ki, bu, Batumi şəhərini əhatə edəcək bir biznes layihəsi olacaq. Yəqin ki, bundan sonra bu şəhər də mənə doğmalaşacaq”-deyə, müğənni bildirib. İfaçının Batumidə restoran açacağı güman edilir.

Hazırda Batumidə olan Y.Cəlilov Bakıya bir həftədən sonra qayıdacaq.

Aytən Həsənova


Müəllif: