Müğənni Rəqsanə İsmayılovanın ATV-nin canlı yayımında ürəyi getməsinin birmənalı qarşılanmadığını görərək, məsələyə aydınlıq gətirib.
Publika.az xəbər verir ki, müğənninin səhhətinin pisləşməsinə səbəb “Göz önündə” adlı layihə üzərində gərgin iş qrafikində çalışması səbəb olub. Yuxusuz qalan, günlərlə dayanmadan çalışan ifaçı açıqlamasında bildirib ki, bu qədər əziyyət çəkməsinə həqiqətən dəyərdi.
““Göz önündə” problemlər həll olunacaq. Bu layihədə yardıma ehtiyacı olan insanların üzü güləcək”.
Rəqsanə həmçinin adıçəkilən layihənin reallaşması üçün külli miqdarda pul xərclədiyini də etiraf edib.