19 May 2015 23:53
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı məşhur müğənni Teylor Svift "Bilboard Music Award"ın qalibi olandan sonra daha bir uğura imza atıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ifaçı "Maxim" dərgisi tərəfindən 2015-ci ilin ən seksual qadını seçilib. Teylor bu nominasiyada qalib gəlməsinə münasibət bildirib:

"Mənə xoşdur! Demək olar ki, çox gözəl kompliment aldım. Ümumiyyətlə, 2015-ci il mənim üçün ən yaxşı illərdən biridir! Bütün bunları edə bildiyimə görə fəxr edirəm."

Teleqraf.com "Maxim" jurnalının seçdiyi son 15 ilin ən seksual qadınlarının fotosunu təqdim edir:

2015- Teylor Svift
2014 - Kendis Sveynpol
2013 - Mayli Sayrus
2012 - Bar Rafael
2011 - Rouzi Hattinqqton Uaytli
2010 -Keti Perri
2009 - Oliviya Uayld
2008 -Marisa Miller
2007 -Linsey Loxan
2006 - Eva Lonqoriya
2005 - Eva Lonqoriya
2004 - Cessika Simpson
2003 - Kristina Aqilera
2002 - Ceninfer Qarner
2001 - Cessika Alba
2000 - Estella Uorren

Rüstəm


Müəllif: