19 May 2015 22:35
840

Nyu-Yorkun “Julien” hərracında Böyük Britaniyanın məşhur “Beatles” qrupunun gitaraçısı Corc Harrisonun “Maton Mastersound” gitarası 485 min ABŞ dollarına satılıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, gitaraçı 1963-cü illərdə "Beatles" qrupunun, demək olar, bütün konsertlərində bu alətdə ifa edib.

Ötən il isə Corc Harrisonun "Rickenbacker 425" elektrogitarası hərracda 657 min ABŞ dollara satılmışdı.

Bu il "Julien" hərracına Elvis Presliyə, Britni Spirsə, Maykl Jeksona, Trenta Reznora və başqa məşhurlara aid əşyalar çıxarılıb. Bu hərracda dünyanın ən nadir musiqi alətləri çox baha qiymətə satılır.

Rüstəm


Müəllif: