20 May 2015 11:23
598

Bir müddət öncə “İlk addım” mahnısını təqdim edən müğənni Sevda Yahyayevadan yeni xəbər var.

Müğənni Teleqraf.com-a açıqlamasında bildirib ki, sözügedən mahnıya klip çəkdirəcək:

“İlk addım” adlanan mahnıma klip çəkdirməyi planlaşdırıram. Çünki mahnı radiolarda və “Youtube” da diqqət cəlb etməyi bacardı. Bu yaxınlarda fərqli və keyfiyyətli bir klip təqdim etməyi düşünürəm. Klipin rejissoru və ssenarisi haqda hələ ki, məlumat vermək istəmirəm. Mahnının ekran işi hazır olduqdan sonra “Youtube” kanalımda sevənlərimə və jurnalistlərə təqdim olunacaq. Başqa bu il bir çox yeniliklərim olacaq. Tovuz rayonunda konsert proqramı planlaşdırılır. Konsertlə bağlı bütün məsələlər aydınlaşdıqdan sonra, bu haqda ətraflı məlumat verəcəyəm".

Nərmin


Müəllif: