21 May 2015 09:25
3 781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jaket - ilin istənilən fəslində əvəzsiz geyimdir. Xanımlar bu geyimi o qədər sevir ki, dizaynerlər jaketin yüngül parçadan, ipəkdən, şifondan tikilən variantlarını təklif edirlər. Onlara əslində, kimono deyilir. Adından da göründüyü kimi, kimonolar yapon mədəniyyətinin məhsuludur. Dizaynerlər milli yapon geyimi olan kimonoları müasir dəbin tələblərinə uyğunlaşdırırlar. Dizə qədər uzanan kimonolarda yapon ənənələri və naxışları əks olunub. Kimonoların o qədər qəribə modelləri mövcuddur ki, hər bir modapərəst mağazalardan ürəyincə olan, özünə uyğun ən optimal variant tapacaq. Kimono may ayında geyinilə bilən ən rahat üst geyimidir. Uzun qollu, saçaqlı, etnik naxışlı variantları mövsümün trendidir.

Publika.az kimono ilə maraqlı dəstləri təqdim edir:

Kimonoda qırmızının cazibəsi

Gül Desenli Kimono İle Kombin

Kombinin detalları:

Kimono: “Rare London Casey”

Köynək: “Gyunel”

Şalvar: “Old Navy”

Çanta: “Orla Kiely”

Boyunbağı: “Kenneth”

Kimono istifadə edərkən seçdiyiniz digər paltarlarla rənglərinin uyğunluğuna fikir verin. Əgər naxışlı kimono seçmisinizsə, digər geyimlər, aksessuarlar birrəngli olmalıdır. Kimonolar mürəkkəb naxışlı olduğu üçün daha çox qarışıqlığa ehtiyac yoxdur!

Kimonoda pastel təsiri

Çiçekli Kimono ile Kombin

Kombinin detalları:

Kimono: “Valentines”

Ətək: “Nikolas Crossover”

Köynək: “Moschino”

Çanta: “Valentino”

Eynək: “Wildfox”

Bu dəst pastel rəng həvəskarlarının ürəyincə olacaq. Yumşaq çəhrayı ilə ağ bir-biri ilə hər zaman yaxşı yola gedirlər.

Klassik kimono

Püsküllü Kimono ile Kombin

Kombinin detalları:

Kimono: “Walktrendy”

Ətək: “Vivetta”

Ayaqqabı: “Pol Endryu”

Şərf: “Chiristina Sabaiduc”

Üzük: “Hugau”

Bu dəst işgüzar xanımlar üçün uğurlu seçimdir. Qara klassik kimono naxışlı geyimlərlə yaxşı uyğunlaşır. Ətək ilə eyni tonlarda seçilən şərf isə dəsti xüsusi vurğulayır.

Uzaq şərqin kimono dəbi

Tesettür 2015 İlkbahar Kombinleri

Kombinin detalları:

Kimono: “Monsoon Katia”

Paltar: “Mango”

Ayaqqabı: “Nina West”

Çanta: “Zara”

Şərf: “Maykl Stars”

Kimono gündəlik geyindiyiniz uzun sarafanlar, hətta ziyafət libasları üçün uyğundur. Qırmızı donun parlaqlığını azaltmaq üçün dəstə solğun qırmızı kimono əlavə etmişik.

Zərif çəhrayının ahəngi

Tesettür 2015 ilkbahar kombinleri

Kombinin detalları:

Kimono: “Lucluc”

Ətək: “Con Luis”

Ayaqqabı: “H&m”

Çanta: “Lauren Merkin”

Şərf: “Coco Ribbon”

Kimonolar hətta ətəklərlə gözəl görünür. Çanta və ayaqqabı da kimononun rənginə uyğun seçilib.

Aytən


Müəllif:

Oxşar xəbərlər