“Qapalı geyinirsən, deyirlər cadraya bürünüb, açıq geyinirsən, deyirlər, soyunub”
Müğənni Afaq Aslan yeni fotosessiyaya çəkilib.
Teleqraf.com xəbər verir ki, ifaçı növbəti dəfə açıq-saçıq fotosessiyası ilə gündəmə gəlib. Geyimi ilə bağlı verilən suala Afaq belə cavab verib:
“Vallah, heç bir məqsədim yoxdur. Sadəcə olaraq, mən özümü hansı geyimdə rahat hiss edirəmsə, hansı obrazı özümə yaraşdırıramsa, deməli, orada özümü tapmışam. Məni sevənlər belə qəbul etsinlər, sevməyənlərə isə danışmaq üçün həmişə söz var. Səhnə adamı komplekssiz olmalıdır. Geyimə qarşı kompleksi olanlar özünə güvənməyənlərdir. Qınağa qaldıqda isə bizim millətdə çox qəribə bir psixologiya var. Qapalı geyinirsən, deyirlər cadraya bürünüb, açıq geyinirsən, deyirlər, soyunub. Əgər kənardakı insanların fikri ilə yaşasaq, onda gərək heç yaşamayaq. Mən hər zaman özümə yaraşanı geymişəm".
Teleqraf.com həmin fotoları təqdim edir:
Rüstəm