Türkiyəli milyonçu, iş adamı Ali Ağaoğlu 2 yaşı tamam olan oğlu Ali Ege üçün ad günü mərasimi təşkil edib. Ortaköydəki malikanədə təşkil edilən mərasimdə Ali Egenin anası Petek Ertüre və iş adamının keçmiş həyat yoldaşından dünyaya gələn digər 2 oğlu iştirak edib. Dəbdəbəli mərasimə 100 ailə dəvət olunub.
Boğaz mənzərəli mülkün baxçasını sözün əsl mənasında oyun parkına çevirən iş adamı 3 oğlu ilə birlikdə top hovuzuna girərək uşaqlar kimi əylənib.
Publika.az ad günündən fotoları təqdim edir: