Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Hollivudun çəkdiyi “Kim başa düşmədisə, o anlayacaq” filmində baş rolda oynayıb.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə prezident “Instagram” səhifəsində yazıb.
“Bu kəskin süjetli filmdir. Mən uzunsürən danışıqlardan sonra baş qəhrəman rolunda oynamağa razılaşdım. Bir sıra səhnələr artıq çəkilib”, - Kadırov qeyd edib.
O, əlavə edib ki, filmdə birinci dərəcəli dünya ulduzları iştirak edir. Amma o, həmin ulduzların kimliyinə aydınlıq gətirməyib. “Filmin müəlliflər əmindirlər ki, film böyük müvəffəqiyyət qazanacaq”, - Çeçenistan Respublikasının prezidenti sonda yazıb.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm