Türkiyənin pop ulduzu Tarkan Ümrə ziyarətinə gedir.
Tanınmış müğənni bir tur şirkəti ilə iki gün Məkkədə, iki gün isə Mədinə şəhərində qalacaq. Axar.az xəbər verir ki, dörd nəfər yaxın adamı ilə ziyarətə gedəcək Tarkan bu səfər üçün 6 min avro xərcləyəcək. Müğənni üçün VİP xidmət təşkil olunacaq. Onu tərcüməçi və mühafizəçi müşayiət edəcək.